Uğurla davam edən XIII Qəbələ Beynəlxalq Musiqi Festivalı çərçivəsində Heydər Əliyev Konqres Mərkəzində musiqisevərlərə dahi rus bəstəkarı Sergey Raxmaninovun 150 illik yubileyinə həsr olunmuş konsert proqramı təqdim edilib.
Konsertdən əvvəl Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, Xalq artisti Zəhra Quliyeva çıxış edərək Sergey Raxmaninovun həyat və yaradıcılığı barədə məlumat verib. Kamera konsertində Mixail Lidski (Rusiya, piano), Xalq artisti, pianoçu Murad Adıgözəlzadə və Henri-David Varema (Estoniya, violonçel) tamaşaçılar qarşısında maraqlı konsert proqramı ilə çıxış ediblər.
Konsertdə dahi bəstəkarın “Piano və violonçel üçün sonata, sol minor”, piano üçün prelüdlər, etüd-lövhələr, “Barkarola”, “Qırıntılar” əsərləri səsləndirilib.
“Xalq qəzeti”