Gürcüstanda Azərbaycan dünyası

post-img

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı Mədəniyyət Nazirliyinin dəstəyi ilə Gürcüstanda Nodar Dumbadze adına IV Beynəlxalq Teatr Festivalında ölkəmizi təmsil edir. 

Teatrın mətbuat xidmətindən verilən məlumata görə, Ozurgeti şəhərində iyu­lun 15-dək davam edəcək festivalda Azər­baycan və Gürcüstanla yanaşı, İspaniya, Qazaxıstan, Ukrayna, Portuqaliya və Öz­bəkistandan olan teatrlar da iştirak edirlər. 

Festivalın proqramına tamaşalar, ki­tab təqdimatları, Avrasiya Teatr Assosiasi­yası təsisçilərinin görüşü daxil edilib. Təd­birlərə iyulun 15-də Ozurgetidə Aleksandr Tsutsunava adına Peşəkar Dövlət Dram Teatrının 155 illik yubileyinə həsr olunmuş bayram gecəsi və mükafatlandırma məra­simi ilə yekun vurulacaq. 

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı məşhur gürcü yazıçısı Qo­derzi Çoxelinin eyniadlı hekayəsi əsasın­da səhnələşdirilən “Küknarlara məktub” tamaşası ilə çıxış edib. Boris Şukin adına Teatr İnstitutunun məzunu Nigar Güləh­mədovanın quruluşçu rejissoru olduğu səhnə əsəri müharibədən qayıdan, kürə­yində küknar ağacı bitən yaralı əsgərin cəmiyyətə uyğunlaşa bilməməsi, hamı kimi normal həyatı yaşamağı bacarma­ması haqqındadır. Ətrafında olan insanlar onu cəmiyyətə uyğunlaşdırmaq istəsələr də, bütün cəhdlər boşa çıxır. Yaralı əsgər cəmiyyəti yox, təbiəti seçir, ağaca və tor­pağa çevrilir. Müəllifin mövqeyinə görə, ən ciddi qayıdış təbiətə olmalıdır. 

Tamaşanın quruluşçu rəssamı Sa­mirə Həsənova, işıq üzrə rəssamı Rafael Həsənov, musiqi tərtibatçısı Kamil İsma­yılov, rejissor assistenti Dilbər İsmayılo­vadır. Əməkdar artistlər Elşən Rüstəmov, Almaz Amanova, Ayşad Məmmədov, ak­tyorlar Rüstəm Rüstəmov, Ramin Şıxəli­yev, Dilarə Nəzərova, Elçin Əfəndi, Firuzə Balayeva, Lalə Süleymanova rollarının öhdəsindən bacarıqla gəliblər. Səhnə əsəri festivalın münsiflər heyəti, eləcə də tamaşaçılar tərəfindən böyük maraqla və alqışlarla qarşılanıb. 

***

Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyində Şuşa şəhərinin 2023-cü il üçün “Türk dün­yasının mədəniyyət paytaxtı” seçilməsi ilə əlaqədar fotosərgi açılıb.

Ekspozisiyada Şuşanın füsunkar gözəlliyini, Azərbaycan və dünya mədə­niyyətinə, incəsənətinə maraqlı və unu­dulmaz incilər bəxş etmiş tarixi şəxsiy­yətlərin fotoları nümayiş etdirilib. Sərgini ziyarət edənlərə Şuşa açıqcaları paylanı­lıb.

Layihə rəhbəri Fərhad Abdulov sərgini ziyarət edənlərə layihənin məqsədi barə­də məlumat verib. Bildirib ki, sərgi Azər­baycan Respublikasının Gənclər Fondu­nun dəstəyi ilə "Uşaq və Yeniyetmələrə Dəstək” (UYD) İctimai Birliyi tərəfindən icra olunan “Shusha, the cultural capital of Azerbaijan, in photos” (Azərbaycanın mədəniyyət paytaxtı Şuşa fotolarda) adlı beynəlxalq fotoqrafiya layihəsi çərçivəsin­də gerçəkləşib.

Geniş maraq doğuran layihənin məqsədi Şuşanın tarixinin və mədəni ir­sinin yerli, türk və gürcü gəncləri arasında təbliğ edilməsindən ibarətdir.

Hazırladı:
Əli ƏLİYEV,
“Xalq qəzeti”



Mədəniyyət