“Sevənlərindir dünya”

post-img

Azərbaycan Dövlət Akademik Musiqili Teatrında yazıçı-dramaturq Əmir Pəhləvanın "Sevənlərindir dünya" əsəri əsasında hazırlanan ikihissəli məzhəkə-tamaşanın premyerası oldu.

Səhnə əsərində azərbaycanlı və özbək gəncin sevgi tarixçəsindən bəhs olunur. Real həyat hekayəsinə əsaslanan məişət komediyasının quruluşçu rejissoru Elməddin Dadaşovdur. 

Tamaşanın baletmeysteri Kamilə Əliyeva, səhnə tərtibatı və geyim üzrə quruluşçu rəssamı Sənan Fətullazadə, musiqi tərtibatçısı Məhəmməd Məmmədov, rejissor assistenti Tamilla Aslanovadır. Rolları Əməkdar artistlər Nadir Xasiyev, İqrar Salamov, aktyorlar Telli Hüseynova, Əliməmməd Novruzov, Rəsmiyyə Nurməmmədova, Elçin İmanov, Hüseyn Əlili, Gülnarə Əzizova, Ruslan Mürsəlov, Güldanə Əzimova, Emin Zeynallı, Nəzrin İsmayılzadə, Cəlal İsayev, Ayan Qurbanova, Ofeliya Məmmədova, Nərmin Əliyeva, Eleanora Abbasova, Murad Əliyev, Cəbrayıl Cəbrayılov ifa edirlər.

Tamaşada, həmçinin teatrın xor və balet truppasının üzvləri də iştirak edirlər.

Fidan SALMANOVA, 
Elşən AĞALAR (foto), 
“Xalq qəzeti"

Mədəniyyət