Şagirdlərimizin uğuru

post-img

Almaniyanın Hannover şəhərində Avropa Fizika Olimpiadası təşkil edilib.

Təhsil İnstitutundan bildirilib ki, 5 məktəbli ilə təmsil olunan komandamız yarışda uğurla çıxış edib. Bakı şəhəri fizika, riyaziyyat və informatika təmayüllü liseyin XI sinif şagirdi Murad Abdulkərim gümüş medala, Türkiyə Dəyanət Vəqfi Bakı türk liseyinin XI sinif şagirdi Uğur Əzim bürünc medala, Quba rayonu Fizika, riyaziyyat və informatika təmayüllü liseyin X sinif şagirdi Murad İsmayılov həvəsləndirici mükafata layiq görülüb.

S.RZAYEVA, 
“Xalq qəzeti”

Təhsil