Susuzluğu nə yatırır?

post-img

Havanın yüksək temperaturu və həddindən artıq tərləmə susuzluğa səbəb olur ki, bu da qəbizlik, yorğunluq, baş ağrıları, ümumi nasazlıq yaradır. Mütəxəssislərin fikrincə, çox susuz qalmaq beyin, ürək və böyrəklərə ciddi zərər vura bilər. 

İsti havalarda qəbul etdiyimiz içkiləri daha diqqətlə seçməliyik. Çünki, bəzi mayelər daha çox susuzluq yaradır.

Qazlı içkilərin əksəriyyətində kofein var ki, bu da orqanizmdən daha çox suyun çıxmasına səbəb olur.

Şərab, pivə və digər spirtli içkilər bədəndə rütubəti daha çox itirir. Alkoqolun istidə qəbulu təhlükəli ola bilər, çünki bədəni tez susuzlaşdırır. Bu susuzluq, başgicəllənmə, yorğunluqla başlayır, hətta qıcolmalara səbəb olur. 

Energetik içkilər kofein və digər kimyəvi maddələrlə boldur.

Bəs, nə içmək olar? Bunun cavabı sadə və aydındır – su! Sudan başqa süd də nəmləndiricidir. Çünki süddə mədənin boşalması prosesini azaldan yağlar və zülallar var.

Z.HÜSEYNLİ, “Xalq qəzeti”

Səhiyyə