“Naxçıvan – bəşəriyyətin beşiyi” Beynəlxalq Rəsm Festivalı

post-img

Sayca 6-cı olan beynəlxalq sərginin açılış mərasimində Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri Ülviyyə Həmzəyeva, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının əməkdaşı Tural Rzayev, muxtar respublikanın mədəniyyət nazirinin müavini Həsən Kərimov, Azərbaycan Rəssamlar İttifaqının sədr müavini Ağəli İbrahimov çıxış ediblər.

Qeyd olunub ki, ulu öndər Heydər Əliyevin əsasını qoyduğu dövlət mədə­niyyət siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu sahədə daim əsaslı islahatlar aparılır, milli-mənəvi dəyərlərimizin yaşadılması diqqətdə saxlanılır.

“Naxçıvan – bəşəriyyətin beşiyi” VI Beynəlxalq Rəsm Festivalı ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunduğu bildirilib. Festivalda Azərbay­can, Türkiyə, Qazaxıstan, Özbəkistan, Gürcüstan, Ukrayna, Bolqarıstan, Ru­siya, Finlandiya və Latviyadan 60-dək rəssam iştirak edir. Bu festival mədəniy­yətimiz üçün əlamətdar hadisə olmaqla yanaşı, rəssamlar üçün geniş yaradıcılıq imkanları açır.

Festivalın açılış mərasimində muxtar respublikanın mədəniyyət kollektivləri tərəfindən musiqi və rəqs nümunələ­ri təqdim edilib. Sonra iştirakçılar rəsm əsərləri ilə tanış olublar.

“Xalq qəzeti”

Mədəniyyət