“Paris üçbucağı” 3 nəfərin romanı

post-img

Fəlsəfə üzrə fəlsəfə doktoru Adəm İsmayıl Bakuvinin “Paris üçbucağı” romanının təqdimat mərasimi keçirilib. 

Azərbaycan Milli İncəsənət Mu­zeyində baş tutan mərasimdə Milli Məclisin deputatları Ziyad Səməd­zadə, Aydın Hüseynov, Etibar Əli­yev, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva, Azərbay­candakı Dağ Yəhudiləri İcmasının rəhbəri Milix Yevdayev, hüquq mü­dafiəçisi Novella Cəfəroğlu, digər ictimai xadim, alim və yazıçılar, eləcə də media və ictimaiyyət nü­mayəndələri iştirak ediblər. 

Tədbirin əvvəlində görkəmli tarzən Ramiz Quliyevin ifasında Azərbaycanın milli musiqilərindən parçalar səsləndirilib. 

Sonra xalqımızın ümummilli lideri Heydər Əliyevin 100 illik yu­bileyinə həsr olunmuş videoçarx nümayiş etdirilib. 

Tədbirin aparıcısı Əməkdar jurnalist Qulu Məhərrəmli Adəm İsmayıl Bakuvinin ötən il təqdima­tı olan “Məhşər divanı: Yalanın 17 anı” sənədli romanı haqqında xatır­latma verib. Qeyd olunub ki, “Paris üçbucağı” adlanan roman müəllifin sayca ikinci geniş həcmli əsəridir. 

Aparıcı bu əsərin də oxucular arasında böyük uğur qazanacağı­na əminliyini söyləyib. 

Azərbaycan Yazıçılar Birliyinin katibi Səlim Babullaoğlu müəllifi yeni kitabının işıq üzü görməsi mü­nasibətilə təbrik edib və ona yara­dıcılığında yeni uğurlar arzulayıb. 

Milli Məclisin deputatı Etibar Əliyev çıxışında söyləyib ki, kitab təqdimatlarının keçirilməsi, əsər­lərin yazılması cəmiyyətdə bu is­tiqamətdə aparılan ən böyük təb­liğatdır. O, müəllifin yeni kitabının gənclərin dünyagörüşünün forma­laşmasında müsbət təsir göstərə­cəyini qeyd edib. 

Hüquq müdafiəçisi Novella Cəfəroğlu çıxışında kitabın əhə­miyyətindən danışaraq azərbay­canlıların digər xalqlarla düşmənlik etmədiyini deyib. O, romanın Fran­sa və İsraildə də təqdimatının keçi­rilməsini təklif edib. 

Tədbirdə qeyd olunub ki, əsər­də Ermənistan–Azərbaycan mü­naqişəsi geosiyasi maraqlar kon­tekstində araşdırılsa da, roman azərbaycanlı Ülvi və fransız Su­zannanın ülvi, saf məhəbbətlərini özündə daşıyan melodramdır. 

Əsər klassik üslubdan bir qə­dər fərqli, özünəməxsus şəkildə qələmə alınıb. Belə ki, roman oxu­culara üç nəfərin: baş qəhrəmanlar və müəllifin dilindən çatdırılır. 

Tarixi faktlarla zəngin, eyni za­manda, oxunaqlı dildə yazılmış əsərdə müəllif özünün ilk – “Məh­şər divanı: Yalanın 17 anı” sənədli romanı ilə böyük məharətlə sintez yaradaraq oxucuya çatdırmaq istə­diklərini maraqlı üsulla təqdim edir. Müəllif azərbaycanlı olmasına bax­mayaraq obyektivlik və balansı qo­rumaq naminə qarşı tərəfə də söz haqqı tanıyır. 

“Azərkitab” Yayınlarında işıq üzü görmüş kitab geniş oxucu küt­ləsi üçün nəzərdə tutulub. 

Qeyd edək ki, kitabın ilk say­larından biri Fransanın Azərbay­candakı səfiri xanım Ann Buayona təqdim olunub. Xanım səfir də hər kəsə “Paris üçbucağı” romanını oxumağı tövsiyə edib. 

Xatırladaq ki, Adəm İsmayıl Bakuvi Bakı şəhərində anadan olub. Yüzlərlə analitik və publisistik məqalələr, 3 monoqrafiya, 20-yə yaxın elmi araşdırma müəllifidir. Onun ilk geniş həcmli “Məhşər di­vanı: Yalanın 17 anı” romanı ötən il çapdan çıxaraq oxuculara təqdim olunub.

Leyla AZAD, “Xalq qəzeti”



Mədəniyyət