Natiq Səfərovun “Sözə natiqlik” örnəyi

post-img

Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda Azərbaycan bədii tərcümə sənətinin yaradıcılarından olan mərhum tərcüməçi Natiq Səfərovun 80 illiyinə həsr edilmiş “Sözə natiqlik” kitabının təqdimatı keçirilib.

Tədbiri yazıçı Seyran Səxavət açaraq ustad qələm sahi­bi Natiq Səfərovun özünəməxsus xüsusiyyətlərindən, sözə həssaslığından, tərcümə sahəsindəki böyük xidmətlərindən söz açıb. AYB-nin sədr müavini Rəşad Məcid Natiq Səfərovu bənzərsiz insan və peşəkar tərcüməçi kimi xatırlayaraq “Sözə natiqlik” kitabını ərsəyə gətirənlərə təşəkkürünü bildirib.

Xalq şairi Ramiz Rövşən, tənqidçi Vaqif Yusifli və başqa­ları Natiq Səfərovun tərcümə sənətinə gətirdiyi yeniliklərdən, unudulmuş tərcümə sənətini peşəkar səviyyəyə yüksəltdiyin­dən, ustad tərcüməçi kimi ondan bəhrələndiklərindən danı­şıblar.

T.RÜSTƏMLİ, “Xalq qəzeti”

Mədəniyyət