Mərakeş Krallığının ölkəmizdəki səfirliyi 25-27 may tarixlərində Azərbaycanda ilk dəfə Afrika Filmləri Günlərini təşkil edəcək. Bu barədə Mərakeş Krallığının səfirliyindən bildirilib.
Məqsəd Afrikanın müxtəlif kino mədəniyyətlərini nümayiş etdirmək, xalqlar arasında müxtəlifliyi və dialoqu təşviq etməkdir.
“Bu tədbir həm də Afrika ölkələrini tanıtmaq, onların mədəniyyətlərini, iqtisadiyyatlarını, xüsusiyyətlərini Azərbaycan xalqına çatdırmaq və bununla da Azərbaycanla Afrika ölkələri arasında əlaqələrin möhkəmlənməsinə və şaxələndirilməsinə töhfə vermək üçün bir fürsət rolunu oynayacaq”, - səfirlik əlavə edib.
Q.QƏZƏNFƏR, “Xalq qəzeti”

