Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə Kazan şəhərində bir sıra ikitərəfli görüşlər keçirib.
QMİ sədri Rusiya Federasiyası Rusiya müsəlmanları Mərkəzi Ruhani İdarəsinin sədri, şeyx Talqat Tacuddin, Rusiya Federasiyası Müsəlmanları Ruhaniİdarəsinin sədri, şeyx Ravil Qaynutdin, Moskva şəhərinin müftisi Albir Krqanov, Fələstin Dövlətinin Qazil-Qüzatı Məhəmməd Əl-Həbbaş, Beynəlxalq İslam Xeyriyyə Cəmiyyətinin sədri Abdulla Əl-Mətuq və bir sıra digər şəxsiyyətlərlə görüşərək, ikitərəfli əlaqələrin inkişaf məsələlərini müzakirə edib.
Şeyxülislam A.Paşazadənin Moskva və bütün Rusiyanın Patriarxı Zati-müqəddəsləri Kiril ilə ikitərəfli görüşü də keçirilib.
A.Paşazadə Patriarx Kirilə Ermənistanla Azərbaycan arasında uzun illər davam edən münaqişənin dini zəminə keçməsinin qarşısını almağa, eləcə də Cənubi Qafqazda qarşılıqlı etimadın bərpasına yönəlmiş fəaliyyətinə görə bir daha öz minnətdarlığını bildirib.
“Xalq qəzeti”

