Mono-tamaşalar festivalının ilk mərhələsi

post-img

Mingəçevir Dövlət Dram Teatrında Əməkdar artist İntiqam Soltanın “BİR TEATR - BİR FESTİVAL” adlı müəllif layihəsi olan 3 mərhələli Mono-Tamaşalar Festivalının ilk mərhələsi keçirilib.

Festivalın açılışında te­atrın direktoru İ.Soltan te­atrsevərləri salamlayıb və teatrla sıx əməkdaşlıq et­diklərinə görə Mingəçevir Şəhər İcra Hakimiyyətinin, Bərdə Regional Mədəniy­yət İdarəsinin, Mingəçevir Dövlət Universitetinin, “EL” televiziyasının rəhbərlərinə “TEATRIN DOSTU” no­minasiyasını təqdim edib. Mingəçevir Şəhər İcra Haki­miyyətinin başçısı İlham İs­mayılov teatr kollektivini təb­rik edərək, Ella Yaqubovanı, Vüsal Mehrəliyevi və Könül Ahəngarini fəxri fərmanla təl­tif edib. Həmçinin, festivalın açılışına ölkə teatrlarının nü­mayəndələri də qatılmışdılar. Lənkəran Dövlət Dram Teat­rının direktoru İntiqam Hacılı, Gəncə Dövlət Kukla Teatrının direktoru Fərmail Paşayev, Gəncə Dövlət Dram Teatrının ədəbi dram hissəsinin rəhbə­ri, teatrşünas, tənqidçi Anar Bürcəliyev, Xalq artisti Valeh Kərimov, Azərbaycan Teatr Xadimləri İttifaqının Bölgə Teatrlarının İnkişafı şöbəsinin rəhbəri, teatrşünas Dağlar Yusif, Lənkəran Dövlət Dram Teatrının baş rejissoru Anar Babalı, quruluşçu rejissor Emin Əsgərov yubiley və açı­lış münasibətilə təbriklərini çatdırıblar. Çıxışlardan sonra əvvəlcədən tərtib olunan və mətbuatda paylaşılan proq­ram əsasında mono-tamaşa­ların nümayişi olub.

İlqar HƏSƏNOV,
“Xalq qəzeti”nin bölgə müxbiri



Mədəniyyət