Muğam korifeyi 85 yaşın zirvəsində

post-img

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında  Xalq artisti, xanəndə Arif Babayevin 85 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. 


Azərbaycan Milli Konservatoriyasının rektoru, professor Siyavuş Kərimi görkəmli muğam ustadı Arif  ­Babayevi 85 illik yubileyi münasibətilə təbrik edərək, onun uzun illər ərzində muğam sənətinə verdiyi böyük töhfələrdən söz açıb. Xalqımızın sevimli müğənnisinin yüzlərlə tələbəsinin olduğunu xüsusi qeyd edən S.Kərimi onların   Azərbaycan musiqisini həm ölkə daxilində, həm də ölkə xaricində çox böyük uğurla təmsil etdiklərini diqqətə çatdırıb. “Bu tələbələr Arif Babayevin möhtəşəm sənətini daim yaşadacaqlar”, – deyə rektor bildirib. 
Tədbirdə çıxış edən Əməkdar incəsənət xadimi Hafiz Quliyev, Xalq artisti, xanəndə Mənsum İbrahimov və başqaları  Arif Babayevin ölməz sənətinin xalqımız tərəfindən sevildiyini xüsusi diqqətə çatdırdılar, yubilyara can sağlığı arzuladılar. 
Tədbirin sonunda görkəmli sənətkar, muğam ustadı Arif Babayev yubiley gününə yığışan həmkarlarına, bütün muğamsevərlərə təşəkkür edib. 


Fidan HÜQUQQIZI, 
Elşən AĞALAR (foto),  
“Xalq qəzeti”

Mədəniyyət