NASA (Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi) Marsın səthinin heyrətamiz yeni şəklini dərc edib. Fotoda qırmızı planetdə fırlanan “toz iblisləri” adlanan nəhəng burulğanlar fasiləsiz fəaliyyəti əks olunub.
Yerdəki tornadoları xatırladan bu burulğanlar Qırmızı planetdə ən maraqlı atmosfer hadisələrindən biridir. Bunlar Mars səthi qızanda əmələ gəlir və isti hava sürətlə yuxarı qalxaraq toz hissəciklərini özü ilə aparır.
Heyrətamiz kadrlar Mars orbitində olan “Mars Reconnaissance Orbiter” kosmik gəmisində quraşdırılmış “HiRISE” kamerası ilə çəkilib.
Qeyd edək ki, alimlər davamlı olaraq Mars səthində tozun toplanma sürətini və hərəkət trayektoriyalarını öyrənirlər. Bu da onlara Qırmızı planetdəki atmosfer proseslərini daha yaxşı başa düşməyə kömək edir.
S.FİDAN
XQ