Sea Breeze-də "Buffalo Şou"

post-img

Oktyabrın 29-da Sea Breeze Resort ərazisində yerləşən Circus Sea Breeze-də yeni mövsümün açılışı gözlənilir. Bu möhtəşəm tədbir “Buffalo Show” ilə yaddaşlarda əbədi həkk olunacaq. Məşhur Sirk ustası, Oskar mükafatçısı Allahverdi İsrafilov tərəfindən hazırlanan bu unikal şou tamaşaçılara  unudulmayacaq təəssüratlar bəxş edəcək. 

Nəhəng camışların belində dayanan ayılar, həyatlarını təhlükəyə ataraq yüksək hündürlüklərdə fırlanan akrobatlar və inanılmaz heyvan performansları sirksevərləri gözləyir. 

Dünyanın dörd bir yanından – Keniya, Rusiya, Almaniya, Belarus və Ukraynadan gələn akrobatlar, kəndirbazlar, hava gimnastları, klounlar və jonglyorlar! Hər bir çıxış sirkin sərhədsiz olduğunu bir daha sübut edəcək.

Ənənəyə uyğun olaraq, şounun ilk günü valideyn himayəsindən məhrum və sağlamlıq imkanları məhdud olan uşaqlar, şəhid və qazi ailələrinin övladları bu tədbirin xüsusi dəvət olunmuş qonaqları olacaqlar.

Tamaşaçıların rahatlığını təmin etmək məqsədilə metronun "Koroğlu" stansiyasından sirkin yerləşdiyi əraziyə və oradan da əks istiqamətdə pulsuz avtobuslar təşkil ediləcək.

Qeyd edək ki, biletlərin qiyməti 10 manatdan başlayır. Biletləri şəhərin bütün kassalarından və iticket.az saytından əldə edə bilərsiniz.

XQ

Maraqlı