Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Sosial, iqtisadi və kənd təsərrüfatının inkişafına dəstək” İctimai Birliyi tərəfindən həyata keçirilən “Sahibkar qadınların milli inkişaf strategiyasının hazırlanması” layihəsi çərçivəsində yekun tədbir keçirilir.
QHT.az xəbər verir ki, tədbirin məqsədi, sahibkar qadınların iqtisadiyyatdakı rolunu artırmaq, onların müvafiq sahələrdə bilik və bacarıqlarını genişləndirmək, habelə qadın sahibkarlığının inkişafını dəstəkləməkdir. Layihə çərçivəsində aparılan araşdırmaların nəticələri, eləcə də qadınların müasir iqtisadi mühitdə uğur qazanması üçün təqdim olunan strategiyalar müzakirə ediləcək.
Tədbirdə mütəxəssislər, dövlət nümayəndələri, vətəndaş cəmiyyəti təşkilatlarının rəhbərləri və sahibkar qadınlar iştirak edirlər. Yekun müzakirələrdə qadın sahibkarlığının inkişafı üçün nəzərdə tutulan yeni təşəbbüslər, eləcə də tətbiq olunması planlaşdırılan strategiyalar təqdim olunacaq.
XQ