Bəzi araşdırmalar sübut edir ki, bəşəriyyət məhv olmaq ərəfəsindədir
Alimlər Yer kürəsinin mövcudluğundan bəri planetimizdəki canlı orqanizmlərin ən azı dörddə üçünün öldüyü beş böyük kütləvi məhvolma hadisəsini sənədləşdirməyi bacarıblar. İndi Yer kürəsi ağır dövrlərdən keçir: o, həddindən artıq əhalidən, qlobal istiləşmədən və həm torpaqda, həm də okeanlarda parçalanmayan tullantılardan əziyyət çəkir. Doğrudanmı, biz altıncı kütləvi məhvolmanın astanasındayıq?
Havay Universitetinin tədqiqatçı professoru Robert Koui əmin edir ki, canlı orqanizm növlərinin 75%- i yox olana qədər kütləvi məhvolmadan danışmaq olmaz. Belə ki, 2022-ci ildə aparılan araşdırmaya görə, 1500-cü ildən bəri məlum canlı orqanizmlərin ümumi sayının yalnız 13% -nin kökü kəsilb. Buna görə də kütləvi məhvolmadan danışmaq hələ tezdir.
Bəzi tədqiqatçılar təmin edirlər ki, 75%-lik hədd 10 min il ərzində baş verəcək. Digər mütəxəssislər isə ekoloji vəziyyət pisləşməyə davam edərsə, bu dəhşətli mərhələyə cəmi bir neçə əsr ərzində çata biləcəyimizü düşünürlər.
Londondakı Təbiət Tarixi Muzeyinin məlumatına görə, kütləvi məhvolma 2,8 milyon ildən az olan qısa geoloji müddət ərzində baş verir. Bu məlumatları nəzərə alsaq, məlum olur ki, proses artıq başlayıb və bu, bizim əsrin payına düşür.
Tədqiqatlar göstərib ki, indi növlər min dəfə sürətlə ölür.
Onurğalı məməlilər, quşlar, amfibiyalar, sürünənlər və balıqların müşahidə olunan populyasiyaları 1970-2018-ci illər arasında orta hesabla 69% faiz azalıb. Bu rəqəm dünya üzrə orta göstəricidir. Bundan əlavə, nəsli kəsilmiş canlı orqanizmlərin bu sayına onurğasızların daha çox növləri daxil deyil.
S.ELAY
XQ