Kosmos başqa aləmdir

post-img

Kosmosda baş verən qeyri-adi hadisələr Yerdən kənarda mövcud olan inanılmaz dünya haqqında düşünməyə vadar edir.

♦ Günəş şüası Yerə cəmi 8 dəqiqəyə çatır, lakin bir fotonun (elementar zərrəcik) ulduzun nüvəsindən səthinə keçməsi yüz minlərlə il çəkir.

♦ Kosmosda səslər yoxdur, çünki səs dalğaların keçə biləcəyi hava yoxdur.

♦ HD189733b planetində davamlı şüşə yağış yağır.

♦ Yerin ətrafında 8 mindən çox kosmik tullantı fırlanır. Onlar kosmik gəmilər üçün təhlükəlidir.

♦ İnsan kosmosda ağlasa, göz yaşları gözündə və üzündə qalar. Üstəlik, astronavtlar ağlamağa davam etsə, maye gözün qarşısında qabarcığa çevrilə bilər.

XQ 

Maraqlı