“Forbes”in azərbaycan əsilli milyarderləri

post-img

“Forbes”  ABŞ-da iki həftədə bir nəşr olunan bir biznes jurnalıdır.  “Forbes” jurnalının nəşri zənginlər siyahıları ilə daha çox məşhurdur. Forbesin bu mövzuda etdiyi detektiv stilli araşdırmalarının nəticələrinə təxminən 100% dəqiq gözüylə baxılır.

Dünyanın ən reytinqli biznes jurnalının  milyarderlər siyahısında yer alan həmyerlilərimiz var. “Forbes”in milyarder elan etdiyi həmyerlilərimizin  hamısı Rusiya Federasiyasının payına düşür.  

Rusiyanın ilk onluğunda yer alan  Vahid Ələkbərovun sərvəti keçən ildən 5.6 milyard dollar artaraq 14.5 milyard dollara çatıb. O, Lukoil neft şirkətini 1991-ci ildə təsis edib və hazırda şirkətin prezidentidir.

Vahid Ələkbərov  yenə də liderliyini qoruyub saxlayır. Rusiyalı milyarderlər siyahısında ilk onluqdadır. 

Azərbaycanın Xalq artisi, tanınmış pop ulduzu Emin Ağalarovun atası Araz Ağalarov da bu siyahıdadır. 

O, "Crocus Group" şirkətlər qrupuna rəhbərlik edir. 

Əmlak inkişafı ilə məşğul olan və Moskvada bir neçə ticarət mərkəzinə sahib olan Qod Nişanov və Zaxar İliyev də Forbesdə düşmüş azərbaycanlılar arasındadır. Milliyyətcə yəhudi olan lakin Azərbaycanda doğulmuş bu şəxslər hazırda Moskvanın ən böyük meyvə-tərəvəz bazarına sahiblik edirlər. 

“Forbes”ə düşmüş milyarderlər arasında Fərhad Əhmədovun və Fərhad İsmayılovun da adları var.

Dünən isə “Forbes” daha bir həmyerlimizi milyarder elan edib.  Bu, əslən Qusardan olan azərbaycanlı Seyfəddin Rüstəmov da var.

O, “Metafraks” şirkətinin prezidentidir. Şirkət Rusiyada və Avropada ən iri metanol, formalin və sintetik qatranlar istehsalçısıdır.

Məlumata görə, Seyfəddin Rüstəmov hazırda Rusiyada 90-cı, dünya üzrə isə 2133-cü yerdədir. Onun sərvəti 1,3 milyard dollardır.

Anar Əli,

“Xalq qəzeti”

Maraqlı