İranın anti-Azərbaycan əməlləri bumeranq kimi onun özünə qayıdacaq - Komitə sədri

post-img

İran Azərbaycanda “5-ci kolon” yaratmağa cəhd edir.

AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

İranın anti-Azərbaycan əməllərinin bumeranq kimi onun özünə qayıdacağını vurğulayan komitə sədri deyib: “İran özü bundan çox ciddi ziyan çəkə bilər və çəkəcək. Həm bizim səfirliyimizə terror hücumu, eyni zamanda, deputat Fazil Mustafaya qarşı törədilmiş sui-qəsd, Azərbaycan hüquq-mühafizə və xüsusi xidmət orqanlarının aşkarladığı qruplar və aparılan ilkin istintaqın nəticələri göstərir ki, İran rejimi müxtəlif sahələrdə olan adamları cəlb etməklə Azərbaycanda ictimai-siyasi sabitliyi pozmağa cəhd göstərib. Bunun bir hissəsini isə din adı altında həyata keçirib”.

Siyasət