Baş nazirin müavini İranda

post-img

Baş nazirinin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti İrana səfəri çərçivəsində Bəndər-Abbas şəhərində yerləşən Şimal–Cənub nəqliyyat dəhlizinin vacib tərkib hissəsi olan limana baş çəkib.

Baş nazirin müavini və heyət üzvləri limana baxış keçirib və onun infrastrukturu ilə tanış olublar. İranın yol və şəhərsalma nazirinin müavini Səid Rəsuli liman haqqında geniş təqdimat verib və onun fəaliyyəti haqqında ətraflı məlumat təqdim edib.

Görüş zamanı mümkün əməkdaşlıq imkanları ətrafında müzakirələr aparılıb. Şahin Mustafayev ilə Hormuzqan əyalətinin valisi Məhəmməd Aşouri Taziani arasında görüş keçirilib və əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.

XQ

Son xəbərlər