Ersin Tatar AzTU-nun Fəxri doktoru oldu

post-img

Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatara Azərbaycan Texniki Universitetinin Fəxri doktoru diplomunun təqdim edilməsi mərasimi keçirilib.

Ersin Tatarın Türk dünyası birliyi üçün xidmətlərindən danışan AzTU-nun rektoru Vilayət Vəliyev onun qardaş xalqların bir-birinə daha da yaxınlaşması, milli dəyərlərin qorunması və gələcək nəsillərə ötürülməsi istiqamətində ardıcıl və qətiyyətli fəaliyyətini xüsusi vurğulayıb.

AzTU-nun elmi katibi Vəfa Rzayeva universitetin Elmi şurasının 2025-ci il iyunun 12-də Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatara Fəxri doktor diplomunun verilməsi ilə bağlı qərarını oxuyub. Vilayət Vəliyev Ersin Tatara Fəxri doktor diplomunu təqdim edib.

Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti bu mötəbər diplomu alması ilə bağlı təşəkkürünü bildirib. O, gündən-günə inkişaf edən Şimali Kipr Türk Cümhuriyyəti və Azərbaycan münasibətlərindən də danışıb. Bu münasibətlərin inkişafında Prezident İlham Əliyevin böyük xidmətləri və dəstəyini xüsusi vurğulayan Ersin Tatar bir daha Azərbaycan dövlətinə, Prezidentinə və xalqına təşəkkürünü bildirib.

XQ



Son xəbərlər