Naxçıvan Muxtar Respublikasının yeni  kənd təsərrüfatı naziri kollektivə təqdim olunub

post-img

Mayın 21-də Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli yeni təyin olunan Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı naziri Rafail Quliyevi nazirliyin kollektivinə təqdim edib.

Ali Məclis sədrinin müavini Arzu Abdullayev Rafail Quliyevin Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı naziri təyin edilməsi ilə bağlı Ali Məclisin qərarını diqqətə çatırıb. 

Səlahiyyətli nümayəndə Fuad Nəcəfli bildirib ki, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda müəyyənləşdirilmiş vəzifələrin, eləcə də verilən tapşırıqların vaxtında icra olunmaması, resursların plansız və xaotik komplektləşdirilməsi muxtar respublikanın kənd təsərrüfatı sahəsində bir sıra nöqsanlarla müşahidə olunur. 

Fuad Nəcəfli kənd təsərrüfatı sahəsində çatışmazlıqların aradan qaldırılması, qarşıya qoyulan vəzifələrin, verilən tapşırıqların icrası ilə bağlı nazirliyin kollektivinə müvafiq tapşırıq və tövsiyələrini çatdırıb.

Rafail Quliyev ona göstərilən yüksək etimada görə minnətdarlığını bildirib, üzərinə düşən vəzifələri məsuliyyətlə yerinə yetirəcəyini diqqətə çatdırıb.







Son xəbərlər