Mayın 13-dən 18-dək Türkiyənin İzmir şəhərində Bakı Avrasiya Universiteti və İzmir Yüksək Texnologiya İnstitutunun birgə əməkdaşlığı çərçivəsində "Birlikdə öyrənirik: Türkiyə - Azərbaycan Mütəxəssis Mübadilə Proqramı" həyata keçirilib.
Nümayəndə heyətinin tərkibində Bakı şəhər Gənclər və İdman İdarəsinin rəisi Dənyar Teymurlu, Bakı Avrasiya Universitetinin rektoru dosent Səyavuş Qasımov, Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin əməkdaşı Əli İsgəndərli, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Rəşad Zeynalov və digər şəxslər təmsil olunub.
Proqram çərçivəsində Azərbaycan nümayəndə heyəti Türkiyənin Gənclər Mərkəzlərini və ali təhsil müəssisələrini ziyarət edərək bu qurumların fəaliyyəti ilə tanış olub, qarşılıqlı fikir mübadiləsi aparılıb. Həmçinin Türkiyədə təhsil alan azərbaycanlı tələbələrlə görüşüb.