Həqiqətin matrisasi: və ya “pərdə arxasında” gizlədilmiş gerçəkliyin axtarışı

post-img

“Həqiqəti üzə çıxarmaq cəsarət tələb edir, eşidib qəbul etmək isə güc». 

Azərbaycan multikulturalizmi, milli multikultural təfəkkürü yüksək humanist ənənələrə söykənən nadir bəşəri fenomenlərdən biridir. Multikulturalizm və tolerantlıq Azərbaycan xalqının mənəvi keyfiyyətini əks etdərən ali mənəvi dəyəridir ki, ümumdünya mənəvi irs səviyyəsinədək yüksələ bilər. Multikulturalizmin Azərbaycan modeli qədim birgə yaşam tərzi ənənələrinə malikdir. Tarixən doğma torpaqlarımızda çoxsaylı fərqli etnik qruplar sülh, əminamanlıq, dostluq və qarşılıqlı hörmət mühitində yaşayıb və bu ənənə davam etməkdədir. 44 günlük Vətən müharibəsi dövründə və hazırda post-müharibə dönəmində Azərbaycanın avtoxton (yerli) əhali ilə allohton (gəlmə) əhalinin münbit  multikultural mühitdə birgəyaşamı özünü azərbaycançılıq ideologiyasının nəzəri aspekti kimi deyil, məhz Vətən uğrunda real konkret fədakarlıq nümunələrində doğrultdu.

Tarixin müxtəlif dövrlərində torpaqlarımızda məskunlaşan allohton əhalinin (başqa sözlə, müəyyən bir ərazidə sonradan məskunlaşmış etnik qruplar – red.) tarixi vətəni Azərbaycan olmasa da, gəlmə etnoslar yerli əhali ilə qurulan mədəni-mənəvi münasibətlərdə yüksək adaptasiya çevikliyini nümayiş etdirib sülh və əmin-amanlıq şəraitində birgəyaşama üstünlük vermişdilər. Təəssüf ki, nəinki Azərbaycanda, hətta bütün Qafqazda ərazi iddiaları ilə çıxış edən bədniyyətli ermənilər xalqların tolerant birgəyaşayışı və mədəni inteqrasiyasının üstünlüklərindən imtina edib monoetnik yaşam prinsipini seçmişlər. Bu yanlış yolu tutan ermənilər dünya ictimaiyyəti gözü qarşısında humanizmə, insanlığa zidd bir çox bağışlanmaz tarixi cinayət əməllərinə imza atmışlar. Amma haqq-ədalət öz yerini tutdu! Müzəffər Ordumuz Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü bərpa etdi. Vətənimizə qarşı hərbi cinayətlər törətmiş erməni əsillilərin məhkəməsi dünyaya Azərbaycanın ədalət və həqiqət prinsiplərinə sadiqliyini nümayiş etdirdi.  

Bu bir gerçəklikdir ki, fədakar tarixçi  alimlərimizin “erməni falsifikasiyası”nın ifşa edilməsində çəkdikləri zəhmət  haqq-ədalətin bərpa olunması yolunda danılmaz şücaətdir. Bu baxımdan, 2025-ci ilin əvvəllərində “Füyuzat” nəşriyyatında tarix elmləri doktoru Həcər Verdiyevanın “На матрице истины: армяне – аллахтоны на Кавказе” (“Həqiqətin matrisası: ermənilər – Qafqazda allohtondurlar”, rus dilində) dərc olunan kitabı dünya ictimaiyyətinə həqiqətləri göstərən fundamental tədqiqat işidir. “Böyük Ermənistan” mifini geniş faktoloji baza əsasında darmadağın edən araşdırma göstərir ki, ermənilər Qafqazda yerli əhali deyil, allohton əhalidir.  Arsızlıq xislətinə sadiq qalan  ermənilər əsrlər boyu Qafqazda avtoxtonluq iddiasını irəli sürüb, nəinki Azərbaycan xalqına, digər xalqlara və ümumiyyətlə insanlığa qarşı məkrli cinayətlərə əl atmış və H.Verdiyeva arxiv sənədləri və faktiki materiallar əsasında  Birinci dünya müharibəsi illərində “bədbəxt-aciz” donu altında gizlənən, gözləri qan tutmuş erməni millətçilərinin Orta Şərqdən tutmuş Orta Asiyaya qədər 2 milyon dinc əhalini soyqırıma məruz qoyduğunu göstərmişdir. 

Qeyd etmək lazımdır ki, sözügedən kitab müəllifin 2022-2024-cü illərdə geniş oxucu auditoriyası üçün nəzərdə tutulmuş və “Bakinskiy raboçiy” qəzetinin səhifələrində dərc olunmuş məqalələr məcmusudur. Həmin yazılarda ermənilərin Qafqaz meqaregionuna köçlərinin coğrafi xəritəsi cızılmışdır. Nəşr olunmuş məqalələrdə əsrlər boyu davam edən “sərgərdan ermənilərin” Qafqaza köçü,  Balkanlardan  Kiçik Asiya – Fəratətrafı xoronim – Qafqaz sxemi üzrə, gedişi faktlar əsasında təsdiqini tapmışdır. Cəsarətlə “Qafqazda – ermənilər olmayıb!” qəti qənaətini bəyan edən Həcər Verdiyeva bu fikrinin təsdiqi olaraq ermənilərin Fərat çayı hövzəsində saldıqları qədim şəhərləri və kilsəni, Fəratətrafı məkanda yaratdıqları mərkəzdənqaçma meylli dövləti göstərmişdir.

H.Verdiyeva ermənilərin Qafqaz meqaregionunda gəlmə olduqlarını tibbi-anotomik və antropoloji dəlillərlə sübuta yetirmişdir. Faktiki materiallara söykənən müəllif göstərmişdir ki, ermənilərin  qeyri-qafqaz antropoloji tip olduqlarına semit xalqlarına xas  immun sisteminin səhvən aşkar bir infeksiya olmadan iltihabla müşahidə olunan “erməni xəstəliyi” adlanan  otoinflamatuar xəstəlik  işarət edir. 

Tarix elmləri doktoru H.Verdiyeva ərsəyə gətirdiyi kitabında ermənilərin şəcərəsini izləyərək tarixi  saxtakarların uydurduqları  “Urartu konsepsiya”sını da  ifşa edir. Erməni əfsanələrini izləyən müəllif “Ararat mifi”ndə müasir sivilizasiyamızın ümumbəşəri mədəni simgələrinin mənimsəməsi faktını aşkarlayır. Məlum olur ki, sərgərdan ermənilər Nuhun gəmisinin İncildə vəsf olunan Sararad dağına deyil, Masisə qalxması kimi yalan iddialarla əsrlər boyu Avropa elminə alaq toxumunu səpmişlər. Erməniləri Qafqazaqədərki tarixini araşdıran  müəllif erməni saxtakarların dinlər tarixində müqəddəs hesab olunan rəmzələrə əl atmaqdan da çəkinmədiklərini vurğulamışdır. Dünya ictimaiyyətinin ağlına  gəlməzdir ki, əslində monofizit və qeyri-pravoslav olan erməni kilsəsinin həvari kilsəsi ilə heç bir əlaqəsi olmamış və erməni kilsəsinin adında “Apostol” sözünün əlavəsi feykdən başqa bir nəsnə deyil. 

Problemi tədqiq edən H.Verdiyeva kilsə tarixini saxtalaşdıran “arqutin yalanı” fonunda Romanovlar Rusiyasında cərəyan edən hadisələri aydın şəkildə tarixi dəlillərlə oxucuya çatdıra bilmiş, erməni-qriqorian kilsəsinin Azərbaycanın maddi-mədəni irsinə əsassız iddiasını göstərmiş və XIX əsrin əvvəllərində Azərbaycan torpaqlarını zəbt edən Rusiya imperiyasının bölgədə siyasi hakimiyyətini möhkəmləndirmək üçün ermənilərdən alət kimi istifadə etdiyini diqqətə çatdırmışdır. Məhz XIX əsrin əvvəllərində rus xalqının görkəmli şairi Aleksandr Puşkinin yaradıcılığında yer alan “erməni rəzilliyinin” portreti yağlı boya ilə çəkilir: “Rədd ol.... – Sən çeçen belə deyilsən, sən qoca qarısan... sən qulsan, sən qorxaqsan, sən ermənisən” sətirləri sanki XIX əsrin 90-cı illərində “arqutin yalanı”nın ifşa olunacağına orakul öncəgörməsi kimi səslənmişdir. Puşkin erməniliyin mahiyyətini öncədən görə bilmişdir... Artıq XIX əsrin sonlarında Rusiya ermənilərin yalanlarını ifşa etdikcə  onların itaətsizliyi daha da artır,  “erməni məsələsi” terror və zorakılıqla müşahidə olunan  “erməni sindromuna” çevrilir. Apardığı araşdırmalara söykənən müəllif göstərir ki, XIX əsrin sonu – XX əsrin əvvəllərində erməni millətçiliyi açıq terrora keçir: Rusiya hakimiyyətinə qarşı çıxır, Qafqaz meqaregionunda əhaliyə  qenosid faciəsini yaşadır. 

Geniş oxucu auditoriyasının diqqətinə çatdırmaq istəyirəm ki, işıq üzü görən “На матрице истины: армяне – аллахтоны на Кавказе” kitabının hər fəslində müəllif tərəfindən qaldırılan məsələlər tarixi faktlarla müşahidə olunur. İllər boyu ictimaiyyətdən arxivlərin “dəmir sandıqlarında” gizlədilən “tam məxfi” qrifli sənədlər Həcər Verdiyevanın müəllifi olduğu sətirlərdə həqiqət carçısına çevrilir. Əsərinin sonunda H.Verdiyeva Qalib xalqın nümayəndəsi kimi “Böyük Ermənistan” ideyasının məhvə məhkum olub farsa çevrildiyini bəyan edir. 44 günlük Vətən müharibəsi dövründə ermənilər  döyüş meydanında ədalətin  hökmü qarşısında aciz olduğu kimi,  mübariz tarixçi qadın-alimimiz Həcər Verdiyevanın 276 səhifəlik kitabının hər sətrində erməni “yalan-mifoloji təfəkkürü” təkzib olur. Həcər Verdiyevanın qələminin həqiqət qüvvəsi qarşısında  məğlub olan “erməni yalanı” ifşa edilir.

Qələmə aldığım qeydlərin sonunda xüsusi ilə vurğulayım ki, tarix elmləri doktoru Həcər Verdiyevanın “На матрице истины: армяне – аллахтоны на Кавказе” kitabı yalnız elmi elit dairələr üçün deyil, xalqımızın qan yaddaşını yaşatmaq əzmində olan ölkəmizin hər bir vətəndaşı  üçün gərəkli bir mənbə olub, eyni zamanda Azərbaycanın mədəni-tarixi matrisasını, real tarixi öyrənən geniş spektrli mütəxəssislər üçün peşəkar fəaliyyətlərində gərəkli ola biləcək tədqiqat işidir.

 

Yeganə Əliyeva 

AMEA-nın  Memarlıq və İncəsənət İnstitutunun aparıcı elmi işçisi,

İMİSCOE Miqrasiya Araşdırmaları Mərkəzinin 

(Migration Research Hub by İMİSCOE İD 4941 ) eksperti,

 kulturologiya üzrə fəlsəfə doktoru, dosent 

 

 

 

Sosial həyat