Avstriya “Avroviziya–2025”in qalibi oldu

post-img

Avroviziya Mahnı Müsabiqəsinin builki qalibi müəyyən olub. Avstriya təmsilçisi JJ “Wasted love” mahnısı ilə münsiflər heyəti və tamaşaçıların rəğbətini qazanıb. Səsvermənin yekun nəticəsinə əsasən, iştirakçı 436 xal toplayaraq birinci yerə layiq görülüb.

Qeyd edək ki, bu il müsabiqə İsveçrənin Bazel şəhərində təşkil olunmuşdu. Finalda ümumilikdə 26 iştirakçı – iki yarımfinalın 20 qalibi, əlavə, “Böyük beşlik” ölkələrinin - Böyük Britaniya, İtaliya, İspaniya, Almaniya və Fransanın nümayəndələri iştirak edirdilər.

S.FİDAN
XQ

Son xəbərlər