Milli Məclisin Sədri Sahibə Qafarova İspaniya Krallığına rəsmi səfəri çərçivəsində bu ölkənin Deputatlar Konqresinin sədri Fransina Armenqol ilə görüşüb.
Deputatlar Konqresinin sədri bu səfərin parlamentlərimiz və ölkələrimiz arasında əlaqələrin daha da genişlənməsinə öz töhfəsini verəcəyinə inamını ifadə edib. Qeyd olunub ki, iki ölkə arasında iqtisadi əlaqələrin inkişafı da mühüm əhəmiyyət daşıyır və bir sıra ispan şirkətləri Azərbaycanda işləməkdə çox maraqlıdır.
Görüşdə Azərbaycan–İspaniya iqtisadi əlaqələri haqqında da fikir mübadiləsi aparılıb. Milli Məclisin Sədri bərpaolunan enerji və digər sahələrdə əlaqələrin inkişafı üçün yaxşı perspektivlər olduğunu qeyd edib. Diqqətə çatdırılıb ki, həm Azərbaycan, həm də İspaniya bərpaolunan enerji sahəsində mühüm işlər görürlər. Azərbaycan hazırda bu sahədə mühüm layihələr reallaşdırır və əldə olunan enerjinin Avropaya ixracını təmin edir. Hazırda ölkəmiz Avropa ölkələrinin, o cümlədən İspaniyanın etibarlı enerji təchizatçısıdır və İspaniya şirkətinin TAP-da iştirakı da əməkdaşlığımızın uğurlu nümunələrindən biridir.
Söhbət zamanı Cənubi Qafqazda mövcud vəziyyət barədə də danışılıb.
***
Milli Məclisin Sədri Sahibə Qafarovanın İspaniya Krallığına rəsmi səfəri davam edir.
Səfər çərçivəsində Madriddə Prado muzeyinə gələn parlamentin nümayəndə heyəti üzvləri muzeydə saxlanılan eksponatlarla tanış olublar.
Məlumat verilib ki, muzeydə məşhur rəssamların tabloları, tarixi heykəl nümunələri və qədim sikkə pul vahidləri ziyarətçilərə təqdim edilir. İl ərzində üç milyona yaxın insanın üz tutduğu bu mədəniyyət ocağının kolleksiyasında təqribən 8600-dan çox rəsm əsəri saxlanılır.
XQ