Tehranda Azərbaycan–İran konsulluq məsləhətləşməsi

post-img

Tehran şəhərində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və İran İslam Respublikasının Xarici İşlər Nazirliyi arasında növbəti konsulluq məsləhətləşmələri keçirilib.

Azərbaycan nümayəndə heyətinə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Konsulluq idarəsinin rəisi Emil Səfərov, İran nümayəndə heyətinə isə İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin baş direktoru Moctəba Şəsti Kərimi rəhbərlik edib.

Müzakirədə Azərbaycanın İrandakı səfirliyinin və Təbriz şəhərindəki baş konsulluğunun əməkdaşları, Azərbaycan və İranın xarici siyasət qurumunun rəsmiləri, iki ölkənin Ədliyyə və Daxili İşlər nazirliklərinin, Dövlət Miqrasiya və Sərhəd xidmətlərinin nümayəndələri də iştirak ediblər. Onlar iki ölkə arasında konsulluq sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri barədə fikir mübadiləsi aparıblar.

Daxil işlər, ədliyyə, miqrasiya, sərhəd, gömrük orqanları arasında ikitərəfli əməkdaşlığa dair fikir mübadiləsi aparılaraq, müvafiq sahələr üzrə əlaqələrin gücləndirilməsi istiqamətində birgə tədbirlərin əhəmiyyəti vurğulanıb.

İranın xarici işlər nazirinin müavini Vahid Cəlalzadeh Azərbaycan nümayəndə heyətini qəbul edib.

XQ

Son xəbərlər