Aktauda təyyarə qəzasında xəsarət alan iki Qırğızıstan vətəndaşı xəstəxanadan evə buraxılıb

post-img

AZAL-a məxsus sərnişin təyyarəsinin Aktau yaxınlığında qəzaya uğraması nəticəsində xəsarət alan iki Qırğızıstan vətəndaşı Milli Xəstəxanadan evə buraxılıb.

AZƏRTAC Qırğızıstanın kütləvi informasiya vasitələrinə istinadla xəbər verir ki, daha bir zərərçəkənin neyrotravma şöbəsində müalicəsi davam etdirilir. Onun vəziyyəti sabitdir, o, yeriyə bilir.

Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı reysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb. Zərərçəkənlər arasında 3 Qırğızıstan vətəndaşı da olub. Onlar dekabrın 30-da müalicələrini davam etdirmək üçün Qırğızıstana göndəriliblər.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Son xəbərlər