Əli Əsədovun Belarus naziri ilə görüşü

post-img

Sentyabrın 25-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Belarus Respublikasının fövqəladə hallar naziri Vadim Sinyavski ilə görüşüb. 

Nazirlər Kabinetinin mətbu­at xidmətindən bildirilib ki, görüş əsnasında Azərbaycan–Belarus dövlətlərarası əlaqələrinin yüksək səviyyəsindən məmnunluq ifadə olunub, ikitərəfli əməkdaşlığın bü­tün spektrləri üzrə dinamik inkişa­fın təmin edilməsində dövlət başçı­larının əsas rolu vurğulanıb. 

Qeyd olunub ki, iki ölkənin Fövqəladə Hallar nazirlikləri ara­sında fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması, o cümlədən təcrübə mübadiləsi və kadrların hazırlığı sahəsində uzunmüddətli tərəfdaşlıq əlaqələri qurulub.

Azərbaycan və Belarus Fövqə­ladə Hallar nazirlikləri arasında 2006-cı il tarixli əməkdaşlıq Sa­zişinin həyata keçirilməsi üzrə 2025–2027-ci illər üçün Komp­leks Tədbirlər Planının bu ilin iyun ayında imzalanmasının əhəmiyyəti vurğulanıb.

Görüş zamanı fövqəladə halla­rın qarşısının alınması və nəticələ­rinin aradan qaldırılması sahəsində Azərbaycan-Belarus əməkdaşlığı­nın genişləndirilməsi perspektivlə­ri müzakirə edilib, yanğınsöndür­mə texnikasının tədarükü məsələsi ətrafında fikir mübadiləsi aparılıb. 

XQ

Son xəbərlər