İqlim maliyyəsi COP29-un önəmli hədəfidir

post-img

COP29-un fəaliyyət gündəliyində yer alan əsas təşəbbüslərdən biri İq­lim Maliyyəsi üzrə Fəaliyyət Fondunun yaradılmasıdır. Bunu iqtisadiy­yat naziri Mikayıl Cabbarov Dövlət Vergi Xidməti ilə Avropadaxili Vergi Administrasiyaları Təşkilatının birlikdə keçirdiyi Karbon Qiymətqoyma üzrə Beynəlxalq Forumda çıxışı zamanı deyib.

İqlim maliyyəsində mövcud olan boş­luqların aradan qaldırılmasında sözüge­dən fondun mühüm rol oynaya biləcəyini vurğulayan nazir bildirib ki, yeni təsisatın kapitalının, əsasən, qalıq yanacaq istehsal edən ölkələr, eləcə də neft, qaz və kömür hasilatı ilə məşğul olan şirkətlər tərəfindən formalaşdırılması nəzərdə tutulur: “Fon­dun fəaliyyətə başlaması üçün ilkin olaraq 1 milyard ABŞ dolları məbləğində kapi­tal toplanması və ən azı 10 donor ölkənin ona qoşulması planlaşdırılır ki, fikrimizcə, COP29 çərçivəsində bu məsələ əsas müza­kirə mövzularından biri olacaq”.

Ekologiya