Hikmət Hacıyev Putinin xüsusi nümayəndəsi ilə görüşüb

post-img

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakıda Rusiya prezidentinin Yaxın Şərq və Afrika ölkələri üzrə xüsusi nümayəndəsi, Rusiyanın XİN rəhbərinin müavini Mixail Boqdanovla görüşüb. Bu barədə məlumatı Rusiya XİN yayıb. 

Məlumata görə, sentyabrın 23-də baş tutan görüş zamanı tərəflər qarşılıqlı maraq kəsb edən beynəlxalq və regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Son xəbərlər