“İdeoloji mübarizədə din amili: Mediadan gözləntilər”

post-img

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və qurumun Mənəvi Dəyərlərin Təbliği Fondunun birgə təşkilatçılığı ilə Şuşada təşkil edilən “İdeoloji mübarizədə din amili: Mediadan gözləntilər” mövzusunda ikigünlük seminar dünən sessiyalarla davam edib.

Seminar çərçivəsində ikinci sessiyada “Dini radikalizmlə mübarizə və media” mövzusu müzakirə olunub. Sessiyanın mo­deratoru Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov olub.

Sessiyada çıxış edən Qafqaz Müsəl­manları İdarəsinin sədr müavini Fuad Nu­rullayev bildirib ki, dini radikalizm anlayışı həqiqi dini dəyərlərdən tamamilə uzaqdır. Media nümayəndələri müqəddəs məqamlar barədə yazarkən diqqətli olmalı, insanların mənəvi hisslərinə qarşı həssas yanaşmalı, həqiqi mənbələrə istinad etməlidirlər.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəis müavini Zeyni Hüseynov qeyd edib ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və hüquq-mühafizə orqanlarının birgə təşkilatçılığı ilə respub­lika ərazisində konfranslar təşkil olunur, radikalizm və ekstremizm kimi neqativ meyillərə qarşı qabaqlayıcı tədbirlər gö­rülür. Gənclərin zərərli təbliğatın hədəfinə çevrilməsinin qarşısını almaq üçün media vasitəsilə sağlam maarifləndirmə zəruridir.

Ədliyyə Nazirliyinin Qanunvericilik baş idarəsinin İnzibati və hərbi normativ aktlar idarəsinin məsləhətçisi Natiq Mirzə­yev qeyd edib ki, xarici qüvvələrin dindən sui-istifadə cəhdlərinin qarşısının alınma­sında mətbuat nümayəndələrinin fəaliyyə­ti xüsusi önəm daşıyır. Media mənsubları dindən sui-istifadə və dini siyasiləşdirmək cəhdlərini, bunun törədə biləcəyi fəsadları və digər bu kimi amilləri daim diqqətdə saxlamalı, mövzuya son dərəcə həssaslıqla yanaşmalıdırlar.

XQ

Son xəbərlər