Çeçenistanda saxlanılan vətəndaşlarımız ölkəyə gətirildi

post-img

Xarici İşlər Nazirliyi Çeçenistanda saxlanılan azərbaycanlılarla bağlı məsələyə aydınlıq gətirib.

Nazirliyin mətbuat katibi Ayxan Hacızadə bildirib ki, Çeçe­nistanda saxlanılan Azərbaycan vətəndaşları artıq ölkəyə gətirilib:

“Azərbaycan vətəndaşları 1975-ci il təvəllüdlü Şirinov Elxan Əkbər oğlunun, 1982-ci il təvəllüdlü Məhərrəmov Vüqar Nazim oğlunun və 2004-cü il təvəllüdlü Rzayev Nihad Tafdıq oğlunun saxlanıldığı barədə məlumat daxil olan kimi, vətəndaşlarımızın ölkəmizə geri qaytarılması məqsədilə dərhal Rusiya Federasiyası Xarici İşlər Nazirliyinə nota ünvanlanıb, Rusiya XİN-i və digər aidiyyəti qurumları ilə danışıqlar aparılıb. Bununla yanaşı, saxla­nılmış vətəndaşlarımız ilə səfirliyimiz tərəfindən telefon danışığı baş tutub. 

Vətəndaşlarımızın ölkəmizə geri qaytarılması istiqamətin­də aparılmış iş nəticəsində, qeyd edilən vətəndaşlarımızın 21 sentyabr tarixində Rusiya Federasiyası ilə dövlət sərhəd keçid məntəqəsindən quru yolla Azərbaycana qayıdışı təmin edilib”.

XQ

Son xəbərlər