Ermənipərəst ABŞ konqresmeni ölkəmizi şantaj edir

post-img

Qərbi Azərbaycan İcması ABŞ Konqresində ermənipərəst konqresmen Adam Şiffin 2024-cü il sentyabrın 18-də təqdim etdiyi növbəti anti-Azərbaycan qanun layihəsini qətiyyətlə pisləyir və qınayan bəyanatla çıxış edib.

Açıqlamada bildirilir ki, bədnam layihənin həm adı, həm də məzmu­nu təxribat xarakterli və yanlışdır: "Qarabağ er­mənilərinin Azərbaycan dövlətinin reinteqrasiya və vətəndaşlıq təklifləri­ni rədd edərək sərbəst şə­kildə ölkəni tərk etdikləri nəzərə alınmadığından Şiffin layihəsi böhtan üzərində qurulub. Konq­resmen 300 min azərbay­canlının Ermənistandan, 700 min azərbaycanlının isə uzun müddət işğal altında saxlanıl­mış Azərbaycan ərazilərindən etnik təmizləmə nəticəsində zorla çıxarılmasını və ölkəmizin, eləcə də azərbaycanlıların əmlakına, iqtisadiyyatına və mədəni irsinə vurulan yüz milyardlarla ABŞ dolları dəyərində ziyanı bilərəkdən görməzliyə vurmaqla bu van­dallığı dəstəkləmişdir”. 

Bəyanatın sonunda qeyd edilir ki, təqdim olunan qanun la­yihəsi ermənipərəst qanunvericinin Azərbaycana qarşı şantaj cəh­didir; “Bu addım həm də ABŞ–Azərbaycan münasibətlərinə ciddi zərbə vurmağı hədəfə alıb”. 

XQ

Son xəbərlər