Avtomobildən mobil telefon, bazardan kondisoner oğurlanıb

post-img

Qaradağ RPİ 10-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisində yerləşən ticarət mərkəzində “Mercedes” markalı avtomobildən 4600 manat dəyərində mobil telefon oğurlamaqda şübhəli bilinən N.Məhərrəmov müəyyən olunaraq saxlanılıb. Onun “KİA” markalı digər avtomobildən içərisində 1650 manat pul və qızıl üzük olan çantanı oğurlaması da məlum olub.

Nəsimi rayonu ərazisində yerləşən bazarda obyektlərin birinin qarşısında 2 kondisionerin və 5 soyuducunun yararsız hala salınması, 4 kondisionerin isə oğurlanması barədə polisə məlumat daxil olub. 
Nəsimi RPİ 20-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bu əməli törətməkdə şübhəli bilinən R.Mirzəyev müəyyən olunaraq saxlanılıb. 
Araşdırma aparılır. 

P.ƏMİRCANOV

XQ

 

Son xəbərlər