Səsverməni Qarabağda izləyən müşahidəçi: “Məntəqələrdə fəallıq yüksək səviyyədə idi”

post-img

“Tarixi anlar yaşayırıq. Bu gün Azərbaycanımızın bütün ərazilərində, o cümlədən işğaldan azad edilmiş bölgələrimizdə, azad Şuşada, azad Xankəndidə səsvermə keçirilir. Bu tarixi anların şahidi olmaq, bu tarixi-siyasi hadisədə müşahidəçi kimi iştirak etmək olduqca qürurvericidir”.

Bu fikirləri "Seçki 2024" Müstəqil Media Mərkəzinə aşıqlamasında “Vətəndaş Cəmiyyəti Uğrunda” Seçki Müşahidə Koalisiyasının müşahidəçisi Nadir İsmayılov deyib. Milli Məclisə seçkilərdə səsvermə prosesini Xankəndi, Xocalı və Şuşa şəhərlərində müşahidə etdiklərini bildirən N.İsmayılov seçici aktivliyinin yüksək olduğunu, səsvermə prosesində qanunvericiliyin tələblərinə riayət edildiyini diqqətə çatdırıb: “Müşahidə apardığımız məntəqələrdə fəallıq yüksək səviyyədə idi. Həm yerli, həm də xarici müşahidəçilərə səsvermə prosesini izləmək üçün bütün şərait yaradılıb. Seçki kabinələrində azad və şəffaf seçim etmək üçün bütün zəruri şərtlər formalaşdırılıb. Əminəm ki, bu seçkilər Azərbaycanın demokratik ənənələrinin inkişafında yeni bir mərhələ kimi yadda qalacaq”.  

Son xəbərlər