Baş nazir Əli Əsədov 2 saylı seçki məntəqəsində səs verib

post-img

Sentyabrın 1-də ölkəmizin bütün suveren ərazisində VII çağırış Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər keçirilir.

Səhər saatlarından 7 saylı Səbail rayon seçki dairəsinin 2 saylı seçki məntəqəsində də səsvermə seçicilərin fəal iştirakı ilə keçirilib.

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov bu seçki məntəqəsinə gələrək səs verib.

Məntəqədə 1343 seçici qeydiyyata alınıb.

Qeyd edək ki, ilk dəfədir Azərbaycanın bütün suveren ərazilərində Milli Məclisə seçkilər keçirilir. Növbədənkənar seçkilər 6478 seçki məntəqəsində təşkil olunub. Budəfəki seçkilərdə 125 yer uğrunda 990 namizəd mübarizə aparır. Parlament seçkilərində səsvermə hüququna malik vətəndaşların sayı 6 milyon 421 min 960 nəfərdir.

İşğaldan azad olunmuş ərazilərdə 54 seçki məntəqəsi yaradılıb.

Seçki prosesini 598 beynəlxalq müşahidəçi izləyir. Yerli müşahidəçilərin sayı isə 112 min 749 nəfərdir. Səsvermə saat 19:00-da başa çatacaq.

Siyasət