66 saylı Saatlı Seçki Dairəsi üzrə müşahidəçi: “Heç bir qanun pozuntusuna rast gəlməmişəm”

post-img

“Bu gün 5 seçki məntəqəsində olmuşuq və heç bir qanun pozuntusuna rast gəlməmişik”.

Bu fikirləri “Seçki 2024” Müstəqil Media Mərkəzinə 66 saylı Saatlı Seçki Dairəsinə daxil olan məntəqələri müşahidə edən Yeganə Camalova bildirib. O qeyd edib ki, məntəqələrdə müşahidəçilərə səsvermə prosesini  yaxından izləmək üçün heç bir məhdudiyyət yoxdur və qanunvericilkdə nəzərdə tutulan hər cür şərait yaradılıb.

“Bu seçkiləri müşahidə etməkdən məmnunam. Çünki əvvəlki seçkilərdən fərqli olaraq ilk dəfədir ki, parlament seçkiləri bütün ölkəboyu ərazilərimizdə keçirilir. Bu, həm də milli qürur məsələsidir”, - deyə üşahidəçi bildirib.

Y.Camalovaya görə, müşahidə etdiyi dairədə seçki prosesində heç bir gərginlik yoxdur, sağlam, rəqabətyönümlü mübarizə gedir.

Həmin seçki dairəsindəki məntəqələdə səsverməni müşahidə edən Elçin Məmmədov isə deyib ki, seçkilərdə rəqabət olsa da, sabit mühit var: “Müşahidə etdiyim məntələrdə hələ ki, qanun pozuntusu aşkar etməmişəm. Seçkilər demokratik şəraitdə keçirilir. 6 məntəqədə olmuşam və hələ ki, diqqətimi cəlb edən hər hansı qayda pozuntusu ilə qarşılaşmamışam. Əksinə, yaradılan şərait bizi qane edir”.

Son xəbərlər