Köməksiz vəziyyətdə qalmış 5 nəfər xilas edilib

post-img

Azərbaycan Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında əlaqədar qurumlar tərəfindən ötən sutka ərzində 52 yanğına çıxış və 5 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. 

Nazirliyin mətbuat xidmətinin məlumatına görə, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən sutka ərzində 6 nəfər xilas edilib, yanğın zamanı 1 nəfər xəsarət alıb, 1 nəfər tüstüdən zəhərlənib.

Binəqədi və Nizami rayonlarının hərəsinin ərazisində 1 nəfərin liftdə köməksiz vəziyyətdə qalması barədə də məlumat verilib. FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri xüsusi vasitələrlə liftlərin qapılarını açaraq vətəndaşları xilas ediblər.

 

P.ƏMİRCANOV

XQ

 

Son xəbərlər