Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Binəqədi və Nizami rayonlarının hər birinin ərazisində 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumatlar daxil olub.
Xəbəri nazirliyin mətbuat xidməti verib.
Məlumatlarla əlaqədar FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunublar. Nəticədəhər iki nəfər xilas edilərək aidiyyəti üzrə təhvil verilib.
P.ƏMİRCANOV
XQ