Məzahir Pənahov: Beynəlxalq qurumların heç bir iradı olmayıb

post-img

“Sentyabrın 1-də keçiriləcək Milli Məclisə seçkilərə hazırlıqla bağlı beynəlxalq qurumların heç bir iradı olmayıb”. “Seçki 2024” Müstəqil Media Mərkəzi xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib. O qeyd edib ki, seçkilərdə təhlükəsizliyin təmin olunmasına və qanunvericiliyin tələblərinə ciddi şəkildə riayət olunub. 

M.Pənahov bildirib ki, Seçki Məcəllə­sinin tələbinə əsasən, dairə seçki komissi­yalarında seçki üçün lazımi infrastrukturun təmin edilməsi vacibdir:

“Dairə və məntəqələrin hamısına ve­rilən inzibati binalar bütün tələblərə uy­ğundur. Xüsusilə azad olunmuş ərazilərdə elə binalar seçilib ki, orda seçki üçün hər şərait var. Oradakı tikililər yüksək stan­dartlara cavab verir və bütün bölgələrə nümunədir” – deyə MSK sədri əlavə edib.

Anar TURAN
XQ

Son xəbərlər