Azərbaycan Birinci xanımının humanitar fəaliyyəti ərəb mediasında

post-img

Ərəb ölkələrinin aparıcı kütləvi informasiya vasitələri Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya həsr olunmuş məqalələr dərc edib.

Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Bə­yan” qəzetində dərc olunan “Mehriban Əliyeva: Azərbaycan xalqının nümunəvi insanı” sərlövhəli məqalədə qeyd edilir ki, Mehriban Əliyeva ictimai fəaliyyətinin ilk günlərindən humanitar məsələlərə xüsusi diqqət yetirib. O, ölkə vətəndaşlarının rifah halını yaxşılaşdırmaq üçün saysız-hesabsız təşəbbüslərə rəhbərlik edib.

Məqalədə vurğulanır: “Azərbaycanın birinci xanımı və Birinci vitse-prezidenti Mehriban Əliyevanın mənalı ömür yolu və tükənməz enerjisi, xeyirxahlığı, insanlara göstərdiyi şəfqət və mərhəməti, həmçinin öz xalqına və dövlətinə fədakar xidməti xüsusi qeyd olunmalıdır”. Qəzet yazır ki, Azərbaycanın birinci xanımı həm də qay­ğıkeş bir həyat yoldaşı və ana kimi bütün qadınlara nümunədir”.

Geniş oxucu kütləsinə malik olan “Arab-countries” xəbər portalında dərc olunan məqalədə bildirilir ki, Mehriban xanım Əliyeva intellektual və mədəni ənənələri yaşadan ziyalı ailəsində dünyaya gəlib. Atası görkəmli alim, anası isə tanın­mış filoloq olan Azərbaycanın birinci xanı­mı təhsilə, mədəniyyətə və ictimai fəaliy­yətə qayğı və diqqət göstərilməsi üzrə ailə ənənələrini davam etdirib. Eyni zamanda, Mehriban xanımın Moskvada Seçenov adı­na Tibb Universitetində aldığı tibb təhsili də onun humanitar sahədə fəaliyyətində mühüm rol oynayıb.

“Pantimearabia”, “Tuvaq”, “Aqram”, “Dubaihospitality”, “Dubainews”, “Ob­server-Dubai”, “Qlobal Dubai” informa­siya portallarında dərc olunan məqalədə isə Mehriban xanım Əliyevanın Heydər Əliyev Fondunun rəhbəri kimi çoxşaxəli ictimai və humanitar fəaliyyətindən bəhs edilib. 

“Abdae-alaelami” portalında dərc edilən məqalədə diqqətə çatdırılıb ki, Meh­riban xanım Əliyevanın ən mühüm nailiy­yətlərindən biri Azərbaycanda səhiyyə xid­mətlərinin təkmilləşdirilməsidir. 

Bundan əlavə, Mehriban Əliyeva təh­silə böyük önəm verib. O, şagirdlərin müa­sir, yaxşı təchiz olunmuş təhsil mühitinə çıxışını təmin edərək, Azərbaycanda yüz­lərlə məktəbin tikintisi və təmiri təşəbbüs­lərinə rəhbərlik edib”.

“Hayatty-2.day” informasiya porta­lında isə Mehriban xanım Əliyevanın mə­dəni irsin qorunması və dünyada təbliği istiqamətində fəaliyyətinə xüsusi diqqət yetirilib. “Gulftech-news”, “Safar-news”, “vdlnews.com” informasiya portallarında dərc olunan məqalələrdə də Mehriban xa­nım Əliyevanın Azərbaycanın ictimai-si­yasi həyatındakı rolundan, o cümlədən onun Heydər Əliyev Fondunun prezidenti kimi təhsil, səhiyyə, mədəniyyət, sosial məsələlər və digər sahələrdə çoxşaxəli fəa­liyyətindən bəhs edilib.

Məqalələrdə, həmçinin Azərbaycanın birinci xanımının şəxsi insani keyfiyyətlə­rinə də geniş yer verilib. Diqqətə çatdırılıb ki, uğurlu dövlət xadimi olan Mehriban Əliyeva, həm də qayğıkeş, mərhəmətli və mehriban bir ailə xanımı, peşəkar və şəxsi həyatını ahəngdar şəkildə birləşdirən Azər­baycan qadınının təcəssümüdür.

Ərəb mediası qeyd edib ki, hazırda parçalanma və çəkişmələrin hökm sürdüyü qlobal şəraitdə Mehriban xanım Əliyeva­nın humanitar fəaliyyət sahəsinə göstərdiyi böyük diqqət, xeyirxahlıq və mərhəmət nü­munəsi Azərbaycanın birinci xanımına xalq arasında dərin hörmət və rəğbət qazandırıb, gənc nəslin nümayəndələrini daha ədalətli və şəfqətli dünya düzəni quruculuğu is­tiqamətində səy göstərməyə ruhlandırıb.

Son xəbərlər