Seçki xəbərləri

post-img

Qarabağda seçkilər suverenliyimizə tarixi töhfədir

“Parlament seçkilərinin Azərbaycanın suverenliyinin bərpa olunmasından sonra ilk dəfə Qarabağda keçirilməsi dövlətimi­zin həm bölgədə, həm də beynəlxalq are­nada nüfuzunun artmasına təsir edir. Tor­paqlarımızın azadlığı uğrunda mübarizədə əldə olunan tarixi zəfər seçkilərin əhəmiy­yətini şərtləndirir”. Bunu “Seçki 2024” Müstəqil Media Mərkəzinə açıqlamasında əslən Füzuli rayonunun Qarğabazar kən­dindən olan, hazırda Yaponiyada yaşayıb fəaliyyət göstərən həmvətənimiz Minarə Şükürova deyib.

Qayıdış ünvanları səsverməyə çağırır

Bu fikirləri “Seçki 2024” Müstəqil Media Mərkəzinə açıqlamasında Xankən­di sakini Nəzakət Hüseynova deyib. Onun sözlərinə görə, qarabağlılar, ümumilikdə işğaldan azad olunmuş ərazilərə köçən digər sakinlər üçün növbəti tarix yazı­lır: “Artıq doğma torpaqlarımızdan barıt qoxusu gəlmir. Bu gün Qarabağda mərmi partlayışını, güllə səslərini deyil, seçkilərə çağırış sədalarını eşidirik. Belə hadisələr bizim üçün əlahiddə əhəmiyyətə malikdir. Bundan gözəl heç nə ola bilməz”.

Binəqədinin 104 yaşlı ən qoca seçicisi

“9 saylı Binəqədi ikinci seçki dairəsinə 38 məntəqə daxildir. Dairə üzrə seçicilərin ümumi sayı 50 min 860 nəfərdir. Dairə üzrə qeydə alınan ən qocaman seçicinin 104 yaşı var, ilk dəfə səsvermə hüququ qazanan gənclərin sayı isə 724 nəfərdir. DSK-ya müraciət edən 20 nəfərdən 8-nin namizədliyi qeydə alınıb. Beynəlxalq mü­şahidələr məntəqələrdə görüşlər keçirərək səsverməyə hazırlığın gedişi ilə tanış olub­lar”. Bunu “Seçki 2024” Müstəqil Media Mərkəzinə açıqlamasında 9 saylı Binəqədi ikinci DSK-nın sədri Anar Cavadov deyib.

Həkimlər seçicilərin keşiyində olacaqlar

“Parlament seçkiləri cəmiyyətimi­zin bütün təbəqələrini, hər sahədə çalışan vətəndaşlarımızı əhatə edir. Bu mənada biz tibb işçiləri də parlament seçkilərində fəal iştirak edəcəyik”. Bu fikirləri “Seçki 2024” Müstəqil Media Mərkəzinə açıqlamasında Azərbaycan Radiologiya Cəmiyyətinin (ARC) üzvü, “Zəhra xatun” Qadın İnkişaf Birliyinin rəhbəri Leyla Həsənova deyib.







Son xəbərlər