Zəfər öyüncü seçki təntənəsinə qarışır

post-img

“Parlament seçkisi üzrə səsvermənin ilk dəfə işğaldan azad edilən torpaqlarımızda keçirilməsi xalqımız üçün qürurlu anlardır. Uzun illər ərzində o torpaqlar işğal altında idi və Milli Məclisin o rayonlara təsir imkanı yox idi. İndi isə biz Vətən müharibəsindən möhtəşəm qələbə qa­zanan bir dövlətik və qanunlarımız suveren sərhədlərimizin hər yerində keçərlidir. Seçkilərin Qarabağda, Şərqi Zəngəzurda keçirilməsi, bütöv­lükdə, zəfərimizin davam etməsinin sübutudur”.

Bunu “Seçki 2024” Müstəqil Media Mərkəzinə açıqlamasında Avropa Azər­baycanlıları Konqresinin fəxri prezidenti, “Hatay Azərbaycan Evi”nin rəhbəri Başar Kömür bildirib.

B. Kömür vurğulayıb ki, parlament seç­kiləri Azərbaycanın geostrateji mövqeləri­nin möhkəmlənməsi baxımından da vacib hadisədir: “Qanunverici hakimiyyət dün­yada siyasi aktivliyin və gərginliyin artdı­ğı indiki dönəmdə operativ qərarlar qəbul edəcək səviyyədə olmalıdır. Parlamentə in­tellektual, milli dünyagörüşlü insanlarımı­zın seçilməsi şərtdir. Gələcək inkişafımız həm də Milli Məclisimizin xalqın, dövlətin maraqlarına uyğun formada qurulmasın­dan asılıdır”.

XQ

Son xəbərlər