Qarabağ seçki haqqına qovuşur

post-img

Bu sözləri İkinci Qarabağ müharibəsi veteranı Mail Əsgərov deyib. O, “Seçki 2024” Müstəqil Media Mərkəzinə açıqlamasında bildirib ki, 44 günlük Vətən müharibəsindən sonra Qarabağda təşkil olunmuş bütün tədbirləri qürur hissi ilə keçirmişik. Ərazi bütövlüyümüzün bərpasından sonra ilk dəfə təşkil olunacaq parlament seçkilərinə də fəxrlə gedəcəyik.

M.Əsgərov əlavə edib ki, sentyabrın 1-də Milli Məclisə keçiriləcək seçkilər parlamentarizm tarixi­mizə yazılacaq: “Biz hazırda tarixi günlərə şahidlik edirik və çox xoşbəxtik ki, Şuşada, Xankəndidə yad­daşımıza əbədi həkk olunacaq seçkilər keçiriləcək. Kəlbəcər, Xankəndi, Laçın, Ağdam artıq öz sakinlə­rini qəbul edir. Bu rayonların sakinləri daha ölkənin hansısa bölgəsində deyil, artıq öz doğma yurdlarında keçiriləcək səsvermə prosesində iştirak edəcəklər”.

XQ

Son xəbərlər