“Vətən müharibəsində əldə etdiyimiz Qələbə biz gənclər üçün olduqca dəyərlidir. Bu, ölkəmizin gələcək inkişafında yeni bir mərhələ olacaq. Azərbaycan gənci olaraq həm dövlətimizin uğurları ilə fəxr edir, həm də gələcək inkişaf perspektivində iştirakçı olmağa hazırıq. Qalib ölkənin vətəndaşı olmaq qürurvericidir. Mən əslən Zəngilan rayonundanam və fəxr edirəm ki, ilk səsverməm bütöv Azərbaycanda keçirilən parlament seçkilərinə təsadüf edir”.
Bu sözləri "Seçki 2024" Müstəqil Media Mərkəzinə açıqlamasında Milli Məclisə keçiriləcək seçkilərdə ilk dəfə iştirak edəcək Aysu Qululu deyib.
XQ