İsrailli jurnalist Milli Məclisə seçkilərin önəmini vurğulayıb

post-img

“Milli Məclisə keçiriləcək seçkilər Azərbaycanın regionda suverenliyini və milli maraqlarını qorumağı bacaran bir dövlət kimi nüfuzunu yeni səviyyəyə qaldıracaq. Ölkənin ərazi bütövlüyünün bərpasından sonra ilk parlament seçkilərinin işğaldan azad edilmiş ərazilərdə də təşkil edilməsi Azərbaycanın bölgədəki və beynəlxalq münasibətlərdəki mövqeyini daha da gücləndirəcək”. 

Bu fikirləri “Seçki 2024” Müstəqil Media Mərkəzinə açıqlamasında israilli jurnalist, siyasi ekspert Mark Qorin deyib. O, parlament seçkilərinin regionda tarixi əhəmiyyət daşıdığını bildirib: “Azərbaycanın növbədənkənar parlament seçkiləri beynəlxalq medianın və müxtəlif yönümlü siyasi qüvvələrin diqqət mərkəzindədir. Milli maraqlarını qorumağı bacaran Azərbaycanın regionda söz sahibi qismində dayanıqlı mövqeyi bu seçkilərə olan marağı daha da artırır. Vurğulamaq istərdim ki, seçkilər azad edilmiş rayonların sakinləri üçün mənəvi əhəmiyyət daşımaqla bərabər, həm də bu ərazilərin iqtsadi və mədəni inkişafının təməlini qoyacaq. 

Yeri gəlmişkən, Bakıda doğulmuş və bir vaxtlar burada seçkilərdə iştirak etmiş vətəndaş kimi, bu möhtəşəm hadisə münasibətilə Azərbaycan xalqına öz təbriklərimi çatdırıram”.

Son xəbərlər