“Xankəndili kimi qürur duyuram”

post-img

“Son illərdə Azərbaycanda inanılması çətin olan böyük hadisələr baş verir. Belə hadisələrdən birini indi yaşamaqdayıq. Milli Məclisə seçkilərdə Xankəndidə səsvermənin olacağını düşünəndə çox həyəcanlanıram”. Bu sözləri "Seçki 2024" Müstəqil Media Mərkəzinə açıqlamasında Xalq artisti Fəxrəddin Manafov deyib.

“Xankəndi mənim vətənimdir, orada doğulmuşam. Deməli, tezliklə bizim şəhərdə də yerli əhali seçkilərə qatılacaq, səsverməyə gedəcək, parlamentdəki təmsilçimizi seçəcək. Bunu düşünərkən keçirdiyim hissləri sözlə ifadə etməyə çətinlik çəkirəm. İlk növbədə sonsuz qürur hissi yaşayıram və bütün azərbaycanlılar kimi, mən də çox xoşbəxtəm. Azərbaycanın digər bölgələri kimi işğaldan azad olunmuş torpaqlarımızda da insanlar seçkilərdə iştirak edəcəklər. Gözünüz aydın!– deyə Xalq artisti bildirib.  

 

Son xəbərlər