AHİK İcraiyyə Komitəsinin iclası

post-img

İyulun 26-da Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) İcraiyyə Komitəsinin iclası keçirilib.

İclasda çıxış edən AHİK sədri, VI ça­ğırış Milli Məclisin deputatı Səttar Möh­balıyev gündəliyə daxil edilən məsələlər barədə məlumat verib.

Sonra gündəliyə çıxarılan məsələlər ətrafında çıxışlar olub, rəy və təkliflər səslənib, müzakirələr aparılıb.

İclasda AHİK-in növbədənkənar qu­rultayının avqustun 26-da keçirilməsi barədə qərar qəbul olunub, qurumun tər­kibində qismən dəyişiklik təsdiqlənib. 

Həmçinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekur­sorlarının qanunsuz dövriyyəsinə və nar­komanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı AHİK-in 2023-cü il ər­zində gördüyü işlər üzrə arayışın nəzərə alınması barədə qərar qəbul olunub.

XQ

Son xəbərlər