Lənkəranda avtomobil ağaca çırpılıb

post-img

Lənkəran rayonu, Vilvan kəndi ərazisində yol-nəqliyyat qəzası baş verib və vətəndaş avtomobildə sıxılmış vəziyyətdə qalıb. Bununla bağlı təəcili olaraq Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat verilib. 

FHN-in Cənub Regional Mərkəzinin xilasediciləri dərhal hadicə yerinə cəlb edilib və müəyyən olunub ki, “KİA” markalı minik avtomobili idarəetməni itirərək ağaca çırpılıb. Nəticədə sürücü deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Xilasedicilər xüsusi vasitələrin köməyi ilə sürücü, 1996-cı il təvəllüdlü G.Hüseynlini xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

 

XQ

 

Son xəbərlər